Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai “Taliban”la görüşüb

Əfqanıstanın keçmiş Prezidenti Həmid Kərzai və Milli Barışıq üzrə Ali Şuranın sədri Abdulla Abdulla “Taliban”la görüşüb.

APA-nın “Khaama” agentliyinə istinadən verdiyi xəbərə görə, görüş bu gün Kabildə baş tutub.

Agentlik bildirib ki, Həmid Kərzai və Abdulla Abdulla “Taliban”ın Dohadakı müzakirələr komandasının üzvü və Əfqanıstan İslam Əmirliyinin üç vəkilindən biri Saracudind Haqqaninin qardaşı Anas Haqqani ilə görüşüb.

Görüşdə həmçinin Nümayəndələr Palatasının spikeri Fazal Hadi Muslimyar və ovaxtkı prezident Həmid Kərzainin administrasiyasının rəhbəri Kərim Xurram da iştirak edib.

Görüşdə medianın iştirakına icazə verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanın Müdafiə naziri Türkiyənin Baş Qərargah rəisi ilə görüşüb

Sonrakı məqalə

“Yanğınsöndürən maşına atəş açmağımız barədə məlumat yalandır” –