“Yanğınsöndürən maşına atəş açmağımız barədə məlumat yalandır” –MÜDAFİƏ NAZİRLİYİ

Müdafiə Nazirliyi avqustun 17-si saat 20:40-da yanğın baş verən əraziyə alovu söndürmək məqsədilə gələn yanğınsöndürmə maşınına Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə Ermənistan mətbuatının yaydığı məlumatlara aydınlıq gətirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki Qaybalı yaşayış məntəqəsi tərəfdə, dağətəyi ərazidəki quru otlaq sahəsində saat 18.00 radələrində başlayan yanğın bu istiqamətdə hündürlükdə yerləşən bölmələrimiz tərəfindən vizual müşahidə olunub.

Yanğının genişlənməməsi və vaxtında söndürülməsi məqsədilə Rusiya sülhməramlılarına dərhal məlumat verilib.

“Bildiririk ki, bu istiqamətdə, xüsusilə də yanğınsöndürən maşına bölmələrimiz tərəfindən guya atəş açılması barədə qarşı tərəfin yaydığı məlumat yalandır və belə bir fakt Rusiya sülhməramlıları tərəfindən də qeydə alınmayıb”, – deyə MN-dən bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai “Taliban”la görüşüb

Sonrakı məqalə

Azərbaycanda son sutkada 4129 nəfər COVID-19-a yoluxub –