“Əks-hücum Zelenskinin istədiyi kimi sürətlə getmir”- KİRBİ

“ABŞ əks-hücum üçün Ukraynaya istədiyi hər şeyi verdi, lakin irəliləyiş gözləniləndən daha yavaşdır”.

Azpost.info xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Kirbinin sözlərinə görə, ABŞ Kiyevin bütün istəklərini yerinə yetirib və o, hücum üçün istədiyi hər şeyi əldə edib.

“Hazırda Vaşinqton bunu davam etdirir və Ukrayna Silahlı Qüvvələrini Rusiyanın müdafiə xəttini yarmağa hazırlamağa davam etmək niyyətindədir”, – Kirbi qeyd edib.

O bildirib ki, ukraynalılar vaxtın onların xeyrinə işləmədiyini başa düşürlər: “Payızın gəlməsi ilə Ukrayna ordusu yerdə manevr etmək, pilotsuz təyyarələrdən və hava hücumundan müdafiə sistemlərindən istifadə etməkdə çətinlik çəkəcək. Hələlik işlər Ukrayna prezidenti Vladimir Zelenskinin istədiyi kimi sürətlə getmir, lakin Ukrayna ordusu müəyyən irəliləyiş əldə edir”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.