Əlcəzairli bloqer dağıdılmış Ağdam və Fizulini dronla çəkdi –VİDEO

Xəbər verdiyimiz kimi, bir qrup xarici bloqqer may ayının sonunda “Show Me Azerbaijan” layihəsi çərçivəsində ölkəmizə səfər ediblər.

Səfər zamanı işğalın ağır nəticələri, Qarabağda gördükləri ilə bağlı sosial media (əsasən İnstagram) üzərindən paylaşımlar edən bloqqerlərin bir neçəsi səfər təəssüratları ilə bağlı xüsusi videolar hazırlayıb öz Youtube kanallarında paylaşmaqdadırlar. Amerikalı videobloqqer Doug Barnard işğaldan azad olunmuş ərazilərimizə səyahəti ilə bağlı hazırladığı video ilə yanaşı, son bir həftə ərzində Azərbaycan mədəniyyətini, tarixini və təbiətini əks etdirən daha bir neçə video yayımlayıb.

Əlcəzairli videobloqqer Kuas Xubey ərəb dilində olan və bir neçə gün öncə yayımladığı videobloqda özünün çəkdiyi eksklüziv dron görüntülərindən də istifadə edərək işğaldan azad olunmuş Ağdam şəhərində və Füzulinin Qarğabazar kəndində şahidi olduğu misilsiz dağıntıları və barbarlıqları öz izləyicilərinə təqdim edib. Səfərdə iştirak edən məcburi köçkün Fəxrəddin Hacıyevin 28 il sonra ilk dəfə öz doğma şəhəri Ağdama qayıdışı və yerlə yeksan edilmiş evini Xubeyin idarə etdiyi dronla tapmasını Xubey izləyiciləri ilə bölüşüb və daha öncə rastlaşmadığı bir vəziyyət kimi şərh edib.

Xatırladaq ki,  “Show Me Azerbaijan” layihəsi İƏT Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib və layihədə 8 ölkədən 13 sosial media fenomeni iştirak edib. Layihənin təşkil edilməsində əsas məqsədlərdən biri azad edilmiş ərazilərimizdə mövcud olan vəziyyət, işğalın ağır nəticələri, Ermənistan tərəfindən törədilmiş kütləvi dağıntılar və vandallıqlar ilə beynəlxalq ictimaiyyəti yaxından tanış etmək olub. Yalnız Youtube platforması üzərindən artıq yarım milyona yaxın insan yayımlanan videobloqları izləyib və bu say hər gün artmaqdadır.

Videobloqqerlərin reportajları ilə ətraflı bu linklərdən tanış olmaq olar:

https://www.youtube.com/watch?v=cXYjGRDCFbM

https://www.youtube.com/watch?v=wgeC608fkTA&t=1071s

https://www.youtube.com/watch?v=dOmO4rkZm74

https://www.youtube.com/watch?v=9L4_a9xzwGM

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Ərdoğana telefonla zəng edib

Sonrakı məqalə

Müəllim işləyən ata xəstə qızına kömək üçün xeyriyyəçilərə müraciət etdi