Müəllim işləyən ata xəstə qızına kömək üçün xeyriyyəçilərə müraciət etdi

Bakı şəhər 117 saylı orta məktəbdə tarix müəllimi, ictimai fəal Kamal Hacıyev ağır xəstəlikdən əziyyət çəkən qızı üçün ictimaiyyətə və xeyirxah iş adamlarına müraciət edib.  

K.Hacıyev ağır xəstə olan 21 yaşlı qızı Zərri Hacıyevanın müalicəsinə köməklik göstərilməsini xahiş edib: “Qızım Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü kurs tələbəsi, 2 iyun 2000-ci ildə anadan olmuş Zərri Kamal qızı Hacıyeva ağır xəstədir. 2019 -cu ilin avqust ayından Türkiyənin Ankara şəhərində Hacettepe Xəstəxanasında Aqressiv B hücrəli Non hodkins Limfoma xəstəliyindən müalicə alır. Bir valideyn olaraq 2 il ərzində bütün maddi çətinliklərə baxmayaraq, övladımı müalicə etdirməyə çalışdım. 2020-ci avqust ayında auto transplantasiya, eyni zamanda radioterapiya müalicəsi tədbiq olunan qızıma hazırda akıllı ilaçlar (immunoterapiya) vurulur. Bir neçə ay sonra Allo transplantasiya (donordan ilik nəqli) edilməsi planlaşdırılır. Müəllim maaşı övladımı müalicə etdirməyə imkan vermədiyi üçün bir ata kimi mənə mənəvi əzab verir. Sizdən  qızıma yardım göstərilməsi üçün kömək etməyi acizanə xahiş edirəm. Gənc bir qızın həyatını xilas etmək sizin köməyinizdən asılıdır”.

Kamal Hacıyevlə əlaqə nömrəsi: +905512697574

Vatsap: +905435411429.

Qeyd: Zərri Hacıyevanın müalicəsinə kömək etmək istəyənlər aşağıda göstərilən hesab nömrəsinə pul köçürə bilərlər:

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əlcəzairli bloqer dağıdılmış Ağdam və Fizulini dronla çəkdi –

Sonrakı məqalə

Azərbaycanda son sutkada 199 nəfər COVID-19-a yoluxub, 74 nəfər sağalıb