Əli Əsədov Rusiyaya işgüzar səfərə gedib

İyunun 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında iştirak üçün Soçiyə işgüzar səfərə gəlib.

Nazirlər Kabinetindən verilən xəbərə görə, Baş nazir, həmçinin Avrasiya Hökumətlərarası Şurasının iclasında və III Avrasiya Konqresində qonaq qismində iştirak edəcək.

Bundan əlavə, səfər çərçivəsində Ə.Əsədovun xarici həmkarları ilə bir sıra ikitərəfli görüşləri də planlaşdırılır.

Əvvəlki məqalə

ABŞ Rusiya və Çinə qarşı “casus peyklər” şəbəkəsini genişləndirir

Sonrakı məqalə

Prezident Elçibəyə verilmiş ilk xarici pasport Tarix Müzeyinə təqdim edilib –