Əlimərdan bəy Topçubaşovun nəvəsi vəfat edib

Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri, AXC Parlamentinin və Paris Sülh Konfransına göndərilən heyətin sədri, tarixi şəxsiyyət Əlimərdan bəy Topçubaşovun Türkiyədə yaşayan yeganə nəvəsi Gülnarə Kürdəmir vəfat edib.
Bu barədə HAFİZTİMES.COM-a Gülnarə Kürdəmirin qızı Nilufer Sanders məlumat verib. Onun sözlərinə görə, G.Kürdəmirin cənazəsi artıq dəfn edilib: “Anam 3 gün öncə vəfat etdi. O, uzun müddət idi ki, xəstəxanada müalicə olunurdu. Anamın cənazəsini Zincirliquyu qəbirstanlığında, Kürdəmir ailəsinin üzvləri – babam Əliəşrəf Kürəmir, nənəm Sara xanım, Zərifə xalam və qardaşım Fikrətin məzarlarının yanında dəfn ediblər”.
Xatırladaq ki, Əlimərdan bəy Topçubaşov mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabinin qızı Pəri xanımla ailə qurub. Gülnarə Kürdəmir isə Əlimərdan bəyin böyük qızı Sara xanımın övladı idi.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Serj Sarkisyan Baden-Badendə 100 milyon dollar uduzub-

Sonrakı məqalə

Azərbaycan və Slovakiya spikerlərinin birgə brifinqi keçirilib