Ən böyük bədbəxtlik Baş prokurorun FTX agenti çıxmasıdır- Gürcüstan Prezidenti

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkəsinin “ən böyük bədbəxtliyinin” Avropaya səfər etməsi deyil, Baş prokurorun FTX  agenti çıxması olduğunu deyib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Salome Zurabişvili bu barədə QHT nümayəndələri ilə görüşündə bildirib.

Dövlət başçısı sabiq Baş prokuror Otar Partsxaladzenin işi ilə əlaqədar aidiyyəti qurumların araşdırmalara başlamasını tələb edib.

“Kaxa (Kaladze) mənim Avropaya səfərimin ən böyük bədbəxtlik olduğunu dedi. Xeyr, cənab Kaxa, ən böyük bədbəxtlik ölkənin Baş prokurorunun FTX  və ya KQB agenti çıxmasıdır”, – Zurabişvili qeyd edib.

Prezident Gürcüstanın aidiyyəti qurumlarının məsələni araşdırmamasını bundan daha böyük bədbəxtlik olduğunu əlavə edib və ictimaiyyətə detallı məlumat verilməsini tələb edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.