Ər, ata və qaynana boşanmaq istəyən qadını zorla maşına basıb apardılar –DİN-dən görüntülərlə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi Bakıda qadının zorla maşına mindirilərək qaçırılması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, görüntülər araşdırılıb:

“Orada əks olunan şəxslər bir ailənin üzvləridir. Xanımı boşanma fikrindən daşındırmaq üçün rəsmi nikahda olduğu ər, xanımın atası və qayınanası onu məcbur edərək rayona aparmağa çalışıblar.

Xanım hazırda polis orqanındadır, təhlükəsizliyi təmin edilib. Polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.