“Ərazi bütövlüyünün təmin olunması Azərbaycan xalqının hüququdur” –İran Prezidenti Ruhani

“Ərazi bütövlüyünün təmin olunması Azərbaycan xalqının hüququdur”.

Bunu İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib. “Coğrafi sərhədlərin dəyişməsini istəmirik. Ərazi bütövlüyünün təmin edilməsi Azərbaycan xalqının hüququdur”, – deyə İran Prezidenti vurğulayıb. Ruhani qeyd edib ki, İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir.

O, İran Xarici İşlər Nazirliyinin (XİN) münaqişənin həlli ilə məşğul olduğunu da bildirib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

“3 tankımızın vurulması barədə Ermənistanın yaydığı məlumat tamamilə yalandır” –