“Əraziləri işğaldan azad etmiş şəhidlər qarşısında baş əyirəm” –İran XİN rəsmisi Əraqçi Azərbaycan Ordusuna dəstək verdi

“Siz də yaxşı bilirsiniz ki, İran İslam Respublikası elə ilk günlərdən Azərbaycanın ərazilərinin işğal olunmasına müxalif olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Azpost.info bildirir ki, bu sözləri İranın xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçi prezident İlham Əliyevlə görüşü zamanı bildirib.

“Mən özümə borc bilirəm, son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Bu yolda öz canını fəda edən bütün şəhidlər qarşısında baş əyirəm”, – nazir müavini bildirib.

Dövlət Başçısı deyib ki, “əgər Ermənistan öz xoşu ilə işğal edilmiş qalan torpaqlardan çıxmasa, onları oradan da qovacağıq”.

Abbas Əraqçi Bərdə şəhərinin raket hücumuna məruz qalması ilə əlaqədar həyatını itirmiş mülki insanlara, dinc insanların ölümünə səbəb olmuş bu hadisə ilə əlaqədar, orada şəhid olmuş insanlarla əlaqədar İlham Əliyevə başsağlığı verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyevin Rusiyanın “İnterfaks” Agentliyinə müsahibəsi –

Sonrakı məqalə

“Tapşırıq vermişəm, erməni hərbçilərinin cəsədlərini soyuducularda saxlasınlar» –