Ərdoğan 2023-cü il prezident seçkilərində yenidən namizəd olacaq

Türkiyənin hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın 2023-cü il prezident seçkilərində yenidən namizəd olacağı açıqlanıb.

Bunu hakim Ədalət və İnkişaf Partiyasının sözcüsü Ömər Çelik bəyan edib.

“Cumhur İttifaqının prezident seçkilərindəki namizədi Rəcəb Tayyib Ərdoğandır”, – deyə Çelik bildirib.

O, ölkə müxalifətinin öz məğlubiyyətlərinə indidən bəhanə uydurmağa çalışdığını da qeyd edib. (Haber Global)

Əvvəlki məqalə

Avropa İttifaqı Rusiyaya qarşı yeddinci sanksiya paketi üzərində işləyir

Sonrakı məqalə

ABŞ-da benzinin qiyməti yenidən tarixi maksimum səviyyəyə çatıb