ABŞ-da benzinin qiyməti yenidən tarixi maksimum səviyyəyə çatıb

ABŞ-da yanacaqdoldurma məntəqələrində benzinin qiyməti yenidən tarixi maksimumunu yeniləyərək bir qallon (3,785 litr) üçün 4,81 dollara çatıb.

Bu barədə TASS Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatlarına istinadən məlumat yayıb.

Qeyd olunur ki, hazırkı prezident Co Bayden vəzifəyə gələndən yanacağın qiyməti qalxıb.

İyunun 4-də ölkədə “Regular” markalı benzinin bir qallonunun qiyməti 4,8 dollara qalxıb, Baydenin andiçməsindən sonrakı ilk həftədə – keçən il yanvarın sonunda bu rəqəm 2,39 dollar olub.

Əvvəlki məqalə

Ərdoğan 2023-cü il prezident seçkilərində yenidən namizəd olacaq

Sonrakı məqalə

“Qərb Ukraynaya danışıqları davam etdirməyi qadağan edib” –