Ərdoğan ABŞ prezidentini Türkiyəyə dəvət edib

“S-400 mövzusunda öncəki mövqedə olduğumuzu cənab Baydenə ifadə etdik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə NATO sammiti çərçivəsində ABŞ Prezidenti ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

R.T.Ərdoğan bir daha vurğulayıb ki, ABŞ “Patriot” havadan müdafiə sistemlərini Türkiyəyə satmadığı üçün ölkəsi S-400 almaq məcburiyyətində qalıb.

Türkiyə Prezidenti ABŞ liderini Türkiyəyə dəvət etdiyini bildirib, Co Bayden gərgin iş rejimi yüngülləşdikdən sonra Türkiyəyə gedəcəyini dair vəd verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Dağlıq Qarabağda NATO səviyyəsində dəstək verilməsi zəruridir” –

Sonrakı məqalə

“Türkiyə ilə ABŞ arasında həqiqi irəliləyiş əldə edəcəyik” –