“Türkiyə ilə ABŞ arasında həqiqi irəliləyiş əldə edəcəyik” –Bayden Ərdoğanla görüşdən danışdı

ABŞ Prezidenti Co Bayden Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşünü müsbət, məhsuldar adlandırıb və ABŞ-Türkiyə münasibətlərində “həqiqi irəliləyişə” nail olacağına inandığını bildirib.

TASS  xəbər verir ki, o bunu NATO sammitindən sonra keçirilmiş mətbuat konfransında deyib.

“Bir neçə dünya lideri ilə görüşmək şansım oldu. Türkiyə Prezidenti Ərdoğanla görüşümü yenicə bitirdim. Müsbət və məhsuldar bir görüş keçirdik. Əsasən, təkbətək görüş oldu. Komandalarımız bizim müzakirələrimizi davam etdirəcək və əminəm ki, Türkiyə ilə ABŞ arasında həqiqi irəliləyiş əldə edəcəyik”, – deyə Bayden vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğan ABŞ prezidentini Türkiyəyə dəvət edib

Sonrakı məqalə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib