Ərdoğan Avropa İttifaqı ölkələrinə məktub ünvanlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının (Aİ) üzvü olan ölkələrə məktub ünvanlayıb.

Məktubda Türkiyə-Ai əlaqələri və bu əlaqələrin inkişafında Türkiyənin cəhdlərindən bəhs edilib.

Məktubda bildirlib ki, Türkiyə, Şərqi Aralıq dənizində beynəlxalq dəniz qanunlarına uyğun sərhədləndirilməsinin, bu ərazidəki karbohidrogen yataqlarının ədalətli şəkildə bölüşdürülməsinin, regionda sülh və sabitliyin yaradılmasının tərəfdarıdır, bu məqsədlə də Yunanıstanla qeyd-şərtsiz dialoqa hazırdır.

Qeyd edək ki, məktub Yunanıstan və Şimali Kipr xaric Aİ-yə üzv olan digər ölkə rəhbərliklərinə ünvanlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müdafiə Nazirliyi döyüşlərə qatılmaq istəyən könüllülərə müraciət etdi

Sonrakı məqalə

“İşğala son qoyulması bölgədə sabitliyə səbəb olacaq” –