Ukraynada atəşkəsin taleyi bu gün Lvovda bəlli olacaq - "CNN Türk" detalları açıqladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Lvovda ukraynalı həmkarı Vladimir Zelenskiylə Rusiya lideri Vladimir Putinin görüşünü razılaşdırmağı planlaşdırır.

Azpost.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“CNN Türk” yazır ki, Ukraynada yekun sülh əldə olunmasa belə, atəşkəslə bağlı razılıqların əldə edilməsi Zelenskinin Lvov görüşündə Ərdoğana hansı mesajları verməsindən asılı olacaq.

“Rusiya mənbələrindən aldığımız xəbərə görə, Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşə bilər. Rusiya tərəfi bildirib ki, liderlər yol xəritəsini müzakirə edib müəyyən edə bilərlər”, – “CNN Türk” bildirir.

Qeyd edək ki, Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenski və BMT Baş katibi Antonio Quterreşlə görüşmək üçün Lvova uçub.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.