Ərdoğan Putinlə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdi

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, Türkiyə və Rusiya liderləri Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyətin gərginləşməsi barədə fikir mübadiləsi aparıblar.

Putin gərginliyin eskalasiyasına kömək edəcək hər cür fəaliyyətə imkan verməməyin vacibliyini qeyd edib. Hər iki tərəf münaqişəli vəziyyətin istisnasız sülh yolu ilə həllində maraqlı olduqlarını bildiriblər. Regionda sabitlik məqsədi ilə səylərin koordinasiyasına hazırlıq vurğulanıb.

Liderər tərəfindən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında Azərbaycan və Ermənistan xalqlarının maraqları çərçivəsində siyasi diplomatik yolla nizamlanmasının alternativsizliyi qeyd olunub.

Bundan başqa, Ərdoğan və Putin gündəmdə duran bir sıra aktual ikitərəfli məsələlərə toxunublar.

Putin türkiyəli həmkarını və Türkiyə xalqını qarşıdan gələn Qurban bayramı münasibətilə də təbrik edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Nəticələr göstərir ki, karantin öz effektini verir” –

Sonrakı məqalə

Ermənistan Tovuz və Gədəbəydəki mövqelərimizi atəşə tutub –