Ərdoğan Rusiya və Ukrayna nümayəndələrini atəşkəs razılığna çağırıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçirilməsi planlaşdırılan danışıqlara gəlib.

Azpost.info xəbər verir ki, Ərdoğan nümayəndə heyətləri qarşısında çıxışında bildirib ki, Moskva ilə Kiyev arasında hazırkı münaqişənin daha da uzanması heç kimə sərfəli deyil. O, tərəflər arasında aparılan danışıqların real nəticələrinin vaxtının yetişdiyini vurğulayıb.

Ərdoğan həmçinin əlavə edib ki, Ukraynadakı vəziyyət Rusiya və Ukrayna tərəflərinin qonşusu və dostu olan Türkiyəni dərindən narahat edir. O, nümayəndə heyətlərini atəşkəs haqqında razılığa gəlməyə çağırıb.

Türkiyə prezidenti qeyd edib ki, Ankara danışıqlar prosesinin sadələşdirilməsi üçün istənilən dəstəyi verməyə hazırdır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.