Fransa ordusunun Jandarm qüvvələri Ermənistan-Azərbaycan sərhədinə gəlir –SENSASİON AÇIQLAMA

Fransa Ermənistan-Azərbaycan sərhədinə Jandarm qüvvələrini göndərir. 

Azpost.info bildirir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayevə müsahibəsində bildirib.

Azərbaycanlı jurnalistin diplomatik mənbələrədən əldə etdiyi məlumata görə, Fransanın Avropa İttifaqının Zəngəzura göndərmək qərarını verdiyi mülki missiyanda dəyişiklik təşəbbüsü fəal şəkildə müzakirə olunur. Məlumata görə, Avropa İttifaqının mülki misisyanın 100 nəfərlik tərkibinə 70 nəfərlik Fransa jandarmı daxil edilib. 

Qeyd edək ki, jandarmeriya Fransanın silahlı qüvvələrinin bir hissəsi sayılır və müdafiə nazirinə tabedir.

Bu günlərdə məşhur Le Figaro qəzetinin baş redaktoru Jan Krisotf Byuisson da Fransanın Ermənistana hərbi missiya göndərmək barədə məlumatını açıqlayıb. Çox guman ki, Byuisson bu informasiyanı Fransa prezidentindən alıb. Yanvarın sonunda Makron Yelisey sarayında jurnalisti qəbul edib. Məhz bu görüş zamanı Makron jurnalistə hazırlanan hərbi missiya barədə danışıb.

Rusiya səfiri müsahibədə fransız jandarm qüvvələrinin Azərbaycan-Ermənistan sərhədboyu yerləşdirilməsi barədə informasiyanı təsdiqləyib. Boçarnikov həmçinin fransız hərbçilərinin regiona gəlişindən sonra mümkün təhlükə və çağırışlara da toxunub.

Azpost.info

 

 

Əvvəlki məqalə

Zelenski bu gün Britaniyaya gedir

Sonrakı məqalə

Ərdoğan seçkiləri təxirə salmayacaq –