Ərdoğan türk hərbçilərinin Əfqanıstanda olmadığını bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə nümayəndələrinin Kabil hava limanında olmadığını bildirib.

Türkiyə lideri bunu “CBS” telekanalına müsahibəsində deyib.

“Hazırda “Taliban”la razılığa gəldiyimiz heç bir məqam yoxdur. Bu barədə danışmağın mənası yoxdur, çünki hazırda hava limanında deyilik”, – Ərdoğan belə deyib.

Onun sözlərinə görə, Türkiyə və Əfqanıstanı tarixi əlaqələr bağlayır və Ankara həmişə Kabili dəstəkləyib, “yol verilmiş səhvlər” səbəbindən Türkiyə ordusu və vətəndaşları bu ölkədən təxliyə edilib.

“Əfqanıstanda hökumət inklüziv deyil, bütün fərqli fraksiyaları əhatə etmir. Bu, sual olaraq qaldığı müddətcə Əfqanıstanda olmayacağıq”, – deyə Ərdoğan hava limanının idarə edilməsində Türkiyənin Əfqanıstana kömək edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qocaman alim, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə vəfat edib

Sonrakı məqalə

Xalq artisti, “Qaya” ansamblının solisti Teymur Mirzəyev vəfat edib