Ərdoğan və Putin yaxın günlərdə görüşəcək –Kreml məlumat yaydı

Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda görüşəcəklər. Kreml baş tutacaq görüşün anonsunu açıqlayıb.

Azpost.info bildirir ki, bu barədə iyulun 11-də Kremlin rəsmi saytında məlumat verilib.

“Yaxın vaxtlarda keçiriləcək yüksək səviyyəli Rusiya-Türkiyə sammiti ərəfəsində liderlər qarşılıqlı maraq doğuran bir sıra məsələləri nəzərdən keçiriblər”, – deyə məlumatda deyilir.

Qeyd olunur ki, iqtisadi əməkdaşlığın daha da intensivləşdirilməsi vəzifələrinə xüsusi diqqət yetirilir.

Eyni zamanda, iqtisadi əməkdaşlığa onun müqavilə-hüquq bazasının təkmilləşdirilməsi, ticarət həcminin artırılması və hesablaşmalarda milli valyutaların istifadəsi, habelə Rusiyanın enerji resurslarının fasiləsiz təchizatının davam etdirilməsi tədbirləri daxil olacaq.

Bu istiqamətlərdə ikitərəfli Hökumətlərarası Komissiyanın həmsədrləri və müvafiq departamentlərin rəhbərliyi səviyyəsində sıx əməkdaşlığa dair razılıq əldə olunub.

Həmçinin Suriya nizamlanması mövzusu müzakirə edilərkən Astana prosesi çərçivəsində üçtərəfli – iranlı tərəfdaşların iştirakı ilə birgə işin vacibliyi vurğulanıb.

Bu gün Rusiya və Türkiyə prezidentlərinin telefon danışığı barədə xəbər yayılıb.  Türkiyə prezidenti Putinlə söhbəti zamanı deyib ki, Ukraynadakı münaqişə dinc danışıqlar yolu ilə həll edilməlidir.

Bundan əlavə, taxıl ixracı mövzusu da müzakirə olunub. Bununla əlaqədar olaraq Ərdoğan bildirib ki, BMT-nin Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizlərin yaradılması planı üzrə hərəkətə keçməyin vaxtı çatıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.