Ərdoğan və Zelenski danışıqlar aparacaq

Ukrayna və Türkiyə prezidentləri Volodimir Zelenski ilə Rəcəp Tayyib Ərdoğan arasında növbəti dəfə danışıqlar aparılacaq.

AZƏRTAC xəbər verir ki, “The Guardian”a müsahibəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba söyləyib.

Nazirin sözlərinə görə, Türkiyə lideri Rusiya Prezidenti Vladimir Putinlə görüşdükdən sonra Ukrayna və Türkiyə prezidentləri müzakirələr aparacaqlar.

D.Kuleba, həmçinin vurğulayıb ki, Ukrayna və Türkiyə liderləri arasında münasibətlərdə böyük etimad var.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.