Yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində ABŞ-ı Ankaradakı səfir Cef Fleyk təmsil edəcək.
Azpost.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
“Prezident Ərdoğanın andiçmə mərasimində 21 dövlət başçısı və 13 baş nazir iştirak edəcək. Mərasimdə ABŞ-ı səfir Cef Fleyk təmsil edəcək”, – məlumatda deyilir.
Seçki kampaniyası zamanı Ərdoğan prezidentliyə digər namizəd Kamal Kılıçdaroğlu ilə görüşdüyü üçün səfir Fleyklə təmasdan imtina etmişdi.
Azpost.info