Ərdoğanın Şimali Kiprə səfəri başlayır –Oradan mühüm mesaj verəcəyini bəyan edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi günü Şimali Kipr Türk Cümhuriyyətinə ikigünlük səfərə gəlir.

Bu barədə “Haber Kıbrıs” qəzeti xəbər verir.

Səfər Türkiyə liderinin may ayında təyin etdiyi tarixdən bir gün əvvəl başlayır. Onda Ərdoğan 20 iyul tarixində Şimali Kipri ziyarətə edəcəyini və orada təkcə adaya deyil, bütün dünyaya aid bir mesajın yayımlayacağını bildirmişdi.

Səfər 1974-cü ildə Türkiyə ordusunun Kiprə daxil olmasının 47-ci ildönümünə həsr olunub. Səfər zamanı Ərdoğanı Türkiyə Parlamentinin sədri Mustafa Şəntop, Milliyyətçi Hərəkat Partiyasının (PNM) lideri Dövlət Bahçeli və Türkiyə Böyük Millət Məclisindən ibarət nümayəndə heyəti müşayiət edir.

Bazar ertəsi günü Prezidentin Nikosiyanın Türkiyə hissəsindəki Kipr-Türkiyə parlamentində çıxışı və Kiriniyaya səfəri planlaşdırılır. Çərşənbə axşamı Türkiyə lideri Nikosiyada hərbi paradda iştirak edəcək, daha sonra Famaqustanın kurort hissəsini – Maraşı ziyarət edəcək.

Səfər zamanı Rəcəb Tayyib Ərdoğan Qurban bayramı namazını da qılacağı deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qiymət artımı əhalinin aldığı maaşı və pensiyanı məhv edir” –

Sonrakı məqalə

Lənkəranda heroin, “patı”, “şüşə” satan daha 4 narkotacir həbs edildi –