Ərdoğanın sözçüsü Trampın Milli Təhlükəsizlik üzrə məsləhətçisi ilə Qarabağı müzakirə edib

Türkiyə Prezident Adminstrasiyasının sözçüsü İbrahim Kalınla ABŞ-ın Milli Təhlükəsizlik üzrə məsləhətçisi, səfir Robert O’Brayın arasında telefon danışığı olub.

Telefon söhbətində Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla Suriya və regional məsələlər, təhlükəsizlik üzrə əməkdaşlıq, ikitərəfli əlaqələrlə bağlı müzakirələr aparılıb.

Söhbət əsnasında Qarabağ probleminin diplomatik yolla həllinin araşdırılmasının əhəmiyyəti, Ermənistan tərəfinin atəşkəsi pozması və mülki əhalini hədəf alan hücumlarının beynəlxalq hüquqa zidd olduğu vurğulanıb.

Davamlı və qalıcı sülhün bərqərar olması üçün Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf ərazilərindən tamamilə çəkilməsi bir daha bildirilib.

Azərbaycanın ərazi  bütünlüyünün bərpası istiqamətində beynəlxalq təşkilatların – BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarları çərçivəsində faktiki addımların atılmasının vacibliyi qeyd olunub. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ermənistan və Azərbaycan arasında atəşkəsə əməl olunur” –

Sonrakı məqalə

Teledərslərin oktyabrın 27-nə olan cədvəli