Ərzaq məhsullarının qiymətindəki son bahalaşmalar hələ son deyil və proses artan xətlə davam edəcək.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, EY beynəlxalq konsaltinq şirkətinin kənd təsərrüfatı üzrə eksperti Kristian Yantse “qiymət şoku” proqnozlaşdırdığını bildirib. Onun sözlərinə görə, supermarketlərdə ərzaq məhsullarının qiymətinin artması yeni başlayır.
Almaniyada makroiqtisadiyyat üzrə professor Timo Vollmerşauser bildirib ki, ərzaq istehsalçılarının üçdə ikisindən çoxu yaxın aylarda qiymətləri daha da artırmağı planlaşdırır.
Britaniyanın “Tesco” supermarketlər şəbəkəsinin rəhbəri Con Allan isə “ən pisi hələ qarşıdadır”- deyir.
Artan ərzaq qiymətləri artıq 2021-ci ildə inflyasiyanın qlobal artımının əsas səbəblərindən birinə çevrilib. Ekspertlər, əmindirlər ki, 2022-ci ildə ərzaq inflyasiyası nəinki davam edəcək, hətta daha da sürətlənəcək.
Bunun əsas səbəbləri arasında dünya bazarında yanacağın və gübrənin qiymətinin qalxması göstərilir. Bununla yanaşı, qlobal iqlim dəyişikliyi ilə əlaqədar yaranan məhsul çatışmazlığının da bahalaşmaya ciddi təsirinin olduğu deyilir.
Azpost.info
Ərzaq məhsulları daha da bahalaşacaq –Beynəlxalq ekspertlər “qiymət şoku” proqnozlaşdırır
Əlaqə whatsapp: +994 77 530 95 85
Bizi sosial şəbəkələrdə izləyin
AzPost© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.