Əsirlikdən qayıdan Aminin anası:"Müharibə varsa onun acı nəticəsi də olur"

Vətən Müharibəsində Ermənistana əsir düşən Azərbaycan Ordusunun hərbçisi Amin Musayev bu gün Bakıya gətirilib.

Aminin anası Hicran Sadıqova ilə əlaqə saxlayıb.

Aminin anası oğlunu vətənə qaytardığı üçün Prezidentə təşəkkürünü bildirib:

“Sevincimizin həddi-hüdudu yoxdur. Ailəmiz və xalqımız adından cənab prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk. Onun zəhməti, gücü, zəkasının sayəsində əsirlərimizi geri ala bildik. Müharibə varsa onun acı nəticəsi də olur. Mənim ümidim yalnız Cənab Prezidentə idi. Bilirdim ki, o oğlumu geri qaytaracaq. Belə də oldu. Bir daha təşəkkür edirəm”.

Hicran Sadıqova şəhid analarına da başsağlığı verib: “Vətən müharibəsində şəhid olan əsgərlərimizə rəhmət, yaralılara can sağlığı arzulayıram”. (Azxeber.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ-da koronavirusa qarşı kütləvi vaksinasiya başladı

Sonrakı məqalə

Rusiya MN Qarabağda sülhməramlıların olduğu ərazi ilə bağlı xəritəyə düzəliş etdi –