Bu gün AVRO-2020-də pley-off mərhələsi start götürür.
Apasport.az saytının məlumatına görə, iyunun 11-dən 23-dək davam edən qrup mərhələsinin ardınca həlledici oyunlar başlayacaq.
Çempionatın son 15 görüşü olimpiya sistemi ilə keçiriləcək. Qrup səddini adlayan 16 komanda 1/8 və 1/4 final matçlarında Londona yollanacaq 4 ən güclünü müəyyənləşdirəcək.
1/4 final qarşılaşmalarından biri Azərbaycanda keçiriləcək. Bakı Olimpiya Stadionu Uels – Danimarka və Niderland – Çexiya oyunlarının qaliblərini qəbul edəcək. Bu, arenada baş tutan turnirin 4-cü və sonuncu matçı olacaq.
Yarımfinal və final qarşılaşmaları əfsanəvi “Uembli” stadionunda təşkil olunacaq. Çempion iyulun 11-də müəyyənləşəcək.
AVRO-2020
1/8 final
26 iyun
1) 20:00. Amsterdam. Uels – Danimarka
2) 23:00. London. İtaliya – Avstriya
27 iyun
3) 20:00. Budapeşt. Niderland – Çexiya
4) 23:00. Sevilya. Belçika – Portuqaliya
28 iyun
5) 20:00. Kopenhagen. Xorvatiya – İspaniya
6) 23:00. Buxarest. Fransa – İsveçrə
29 iyun
7) 20:00. London. İngiltərə – Almaniya
8) 23:00. Qlazqo. İsveç – Ukrayna
1/4 final
2 iyul
9) 20:00. Sankt-Peterburq. 6-cı oyunun qalibi – 5-ci oyunun qalibi
10) 23:00. Münhen. 4-cü oyunun qalibi – 2-ci oyunun qalibi
3 iyul
11) 20:00. Bakı. 3-cü oyunun qalibi – 1-ci oyunun qalibi
12) 23:00. Roma. 8-ci oyunun qalibi – 7-ci oyunun qalibi
1/2 final
6 iyul
13) 23:00. London. 10-cu oyunun qalibi – 9-cu oyunun qalibi
7 iyul
14) 23:00. London. 12-ci oyunun qalibi – 11-ci oyunun qalibi
Final
11 iyul
15) 23:00. London. 13-cü oyunun qalibi – 14-cü oyunun qalibi