Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
manat

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əvvəllər təyin edilmiş əmək pensiyasının bərpa olunması və yenidən təyin edilməsi qaydalarına aydınlıq gətirib.

DSMF-dən verilən xəbərə görə, əvvəllər təyin edilmiş əmək pensiyasının bərpa olunması və yenidən təyin edilməsi ümumi xəstəlik nəticəsində əlilliyə görə təyin edilmiş əmək pensiyalarına münasibətdə əlillik müddəti qurtardığına görə əmək pensiyasının ödənilməsinin kəsildiyi gündən beş ildən çox vaxt keçmədikdə bərpa olunur.

Bildirilib ki, 5 ildən artıq müddət keçdikdən sonra yenidən əlillik baş verərsə, əlilliyə görə əmək pensiyası ümumi əsaslarla təyin edilir. Həmçinin əlilliyə görə əvvəllər təyin edilmiş əmək pensiyasının başqa səbəblər nəticəsində bərpası müddətlə məhdudlaşdırılmır.

Əvvəllər təyin edilmiş əmək pensiyalarının bərpa edilməsi və yenidən təyin edilməsi elektron qaydada, bu mümkün olmadıqda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Fondu aidiyyəti struktur bölmələri və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi “DOST” mərkəzləri tərəfindən vətəndaşın xidmət yerinə şəxsən və ya nümayəndəsi zəruri sənədlərlə gəlməklə xidmət həyata keçirilir.

“Bu xidmətin istifadəçiləri – Azərbaycan Respublikası vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir.
Əvvəllər təyin edilmiş əmək pensiyasının bərpa olunması və yenidən təyin edilməsi ilə bağlı müraciətlərə qanunvericiliyə uyğun olaraq baxılmaqla müvafiq qərar qəbul edilir. Belə ki, əlillik müddəti qurtardığına görə əmək pensiyasının ödənilməsinin kəsildiyi gündən beş ildən çox vaxt keçmədikdə əlilliyə görə əmək pensiyası bərpa olunur.

5 ildən artıq müddət keçdikdən sonra yenidən əlillik baş verdikdə isə şəxsin əlilliyə görə əmək pensiyası hüququna yenidən baxılır, bu halda şəxsin əlilliyə görə pensiya hüquq yarandığı halda yenidən əmək pensiyası təyin edilir. Əmək pensiyası hüquq yaranmadığı halda isə pensiya təyin edilməsindən imtina olunması barədə qərar qəbul edilir və bu barədə müraciətdə qeyd olunmuş əlaqə vasitələrindən birinə müvafiq qaydada məlumat göndərilir”, – DSMF-nin məlumatında deyilir.

AzPost.az

Post navigation

Previous: İran və İsrail üzrə kritik görüş – Avropa və Yaxın Şərq nazirləri İstanbulda toplaşır
Next: Telefondan istifadə edən yeniyetmələr 64 dəqiqə gec yuxuya gedir – Alimlərdən xəbərdarlıq

Oxşar xəbərlər

din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06
ADSEA
  • Sosial

ADSEA-nın tabeliyində olan QSC-yə yeni direktor təyin edilib

User 22 Oktyabr 2026 - 14:51

xƏBƏR

bulud sima
  • Maraqlı

Gecə kabus görməyiniz axşam yediyiniz qidadan ola bilər- Dietoloqdan tövsiyə

User 22 Oktyabr 2026 - 20:20
Yatmazdan əvvəl yeyilən pendir və şirniyyatlar yuxunun keyfiyyətini pisləşdirə və gecə kabus görmə hissini gücləndirə bilər. Bu...
Read more about Gecə kabus görməyiniz axşam yediyiniz qidadan ola bilər- Dietoloqdan tövsiyə
Pentaqonda rəqiblərin texnoloji inkişafını əngəlləmək üçün xüsusi bölmə yaradılıb pentaqon
  • Dünya

Pentaqonda rəqiblərin texnoloji inkişafını əngəlləmək üçün xüsusi bölmə yaradılıb

User 22 Oktyabr 2026 - 20:10
Süni intellekt həkim reseptini səhv oxuya bilər – Təhlükəli yanlışlıqlar aşkarlanıb Süni intellekt
  • Maraqlı

Süni intellekt həkim reseptini səhv oxuya bilər – Təhlükəli yanlışlıqlar aşkarlanıb

User 22 Oktyabr 2026 - 19:58
Telefondan istifadə edən yeniyetmələr 64 dəqiqə gec yuxuya gedir – Alimlərdən xəbərdarlıq telefon yeniyetme
  • Maraqlı

Telefondan istifadə edən yeniyetmələr 64 dəqiqə gec yuxuya gedir – Alimlərdən xəbərdarlıq

User 22 Oktyabr 2026 - 19:44
DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.