“1 milyon fələstinli 24 saat ərzində Qəzzadan təxliyə edilməlidir” –İsraildən tələb

İsrail BMT-ni məlumatlandırıb ki, 1,1 milyon fələstinli 24 saat ərzində Qəzza zolağının cənubuna təxliyə edilməlidir.

Bu barədə təşkilatının baş katibinin nümayəndəsi Stefan Düjarrik məlumat verib.

“BMT hesab edir ki, belə bir yerdəyişmə dağıdıcı humanitar nəticələr olmadan baş verə bilməz”, – bəyanatda vurğulanır.

Düjarrik qeyd edib ki, bu tələb “bütün BMT əməkdaşlarına, eləcə də BMT təsisatlarına, o cümlədən məktəblərə, sağlamlıq mərkəzlərinə və klinikalara sığınmış şəxslərə” aiddir.

Əvvəlki məqalə

Macarıstanın Baş naziri Gürcüstanın Avropa İttifaqının üzvlüyünə namizədliyini dəstəkləyib

Sonrakı məqalə

Bu gün Vaqif Xaçatryanın məhkəməsi başlayır