“Ceyranbatan Dəmir Beton “ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
İqtisadiyyat.az xəbər verir ki, yığlncaq iyunun 30-na təyin olunub.
Yığıncağın gündəliyinə Cəmiyyətin 2024-cü il üçün illik maliyyə balansının, mənfəət və zərər hesabatlarının müzakirəsi və təsdiqi, yeni sədrin seçilməsi və digər məsələlər daxil edilib.
Qeyd edək ki, “Ceyranbatan Dəmir Beton” 2000-ci ildə dövlət qeydiyyatına alınıb. Dəmir-beton məmulatlarının istehsalı və satışı sahəsində ixtisaslaşıb. ASC-nin nizamnamə kapitalı 1 milyon 57 770 manatdır.