1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri barəsində cinayət işi başlanıb –

FOTO
20 May 2021 - 20:35

Azərbaycanda vəkil barəsində cinayət işi başlanıb.

1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Əliyeva Sümbülə Məhəmmədəli qızı külli miqdarda mənimsəmədə təqsirləndirilir.

Belə ki, S. Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial siğortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə ödəməyərək mənimsəyib.

Zərərin 100 min manatdan çox olduğu bildirilir.

S. Əliyevaya Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib.

İş üzrə zərərçəkən şəxs qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.

S. Əliyeva barəsində olan cinayət işinin ibtidai istintaqı başa çataraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib. (APA)