Azərbaycan Dövlət Neft Fondu bu ilin 10 ayı ərzində “Azəri-Çıraq-Günəşli” yatağından əldə olunan gəlirləri açıqlayıb.
Bu barədə Azpost.info-ya Neft Fondundan məlumat verilib.
Bu ilin yanvar-oktyabr aylarında (01.01.2023-01.11.2023 tarixinə) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 5 865,8 mln. ABŞ dolları təşkil edib.
2022-ci ilin eyni dövründə sözügedən göstərici 8 326 mln. ABŞ dolları. səviyyəsində olub.