11 ay əvvəl yaranmış şirkət 29 milyon manatlıq tenderin qalibi olub –Nazirlik üçün evlər tikəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “MAC Construction” QSC ilə 30 milyon manatlıq müqavilə bağlayıb.

Müqavilədə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə fərdi evlərin tikintisi işlərinin satın alınması Respublikanın 36 şəhər və rayonunda (Ağcabədi, Beyləqan, Tərtər, Ağdaş, Ağsu, Ucar, Zərdab, Qobustan, Ağstafa, Samux, Şəmkir, Tovuz, Yevlax, Zaqatala, Qax, Qazax, Qəbələ, Daşkəsən, İsmayıllı, Astara, Lerik, Masallı, Balakən, Saatlı, Biləsuvar, Neftçala, Yardımlı, İmişli, Goranboy, Kürdəmir, Oğuz, Quba, Salyan, Şəki, Xızı, Səbirabad) cəmi 450 ədəd olmaqla fərdi evlərin tikintisi işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 29 323 213 manatdır.

Qeyd edək ki, “MAC Construction” QSC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Bu QSC-nin nizamnamə kapitalı 2 010 manatdır və qanuni təmsilçisi Ramin Quliyevdir. (Banker.az)

Dövlət Satınalamaları haqqında qanuna əsasən malgöndərənin (podratçının) satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması əsas tələblərdən biridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qəbələdə meşədə yanğın başlayıb –

Sonrakı məqalə

Sahil Babayevin müşaviri sığorta şirkətinin rəhbərliyinə təyinat alıb –