Sahil Babayevin müşaviri sığorta şirkətinin rəhbərliyinə təyinat alıb –FOTO

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətinin çoxdandır vakant qalan rəhbər vəzifəsinə təyinat olub.

Azpost.info banker.az-a istindən xəbər verir ki, “A-Qrup” Sığorta Şirkəti ASC-nin (A-Group) Direktorlar Şurasına yeni üzv seçilib. Bu, Bayramov Anar Məhərrəm oğludur.

A.Bayramov 2021-ci ilin aprelində Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müşaviri təyin edilmişdi. O, buna qədər isə “A-Qrup”un İdarə Heyətinin sədri vəzifəsində idi.

Bu fakt da qeyd edilməlidir ki, “A-Qrup”un 2021-ci ilin aprelinə Direktorlar Şurasında üzv kimi Çingiz Əsədullayev idi, həmin tarixdə şirkətin rəhbərliyini tərk etmişdi. Əsədullayev vaxtı ilə lisenziyası ləğv edilmiş “AGBank” ASC-nin rəhbəri və səhmlərinin bir hissəsinin sahibi idi.

Anar Bayramov 1975-ci ildə Bakıda anadan olub. 1991-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub. Tibb Universitetinin Daxili xəstəliklər və Reanimatologiya kafedrasının kliniki ordinatoru, sonradan aspirantı kimi çalışıb. 1998-ci ildən “MediClub” klinikasında həkim vəzifəsində çalışıb. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur. 2002-ci ildən “A-Group” Sığorta Şirkətinin baş tibbi eksperti vəzifəsində çalışıb. Həmin ildən baş direktorun müavini, 2004-cü ildən baş direktor təyin edilib.

2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirərək İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistr dərəcəsini alıb. 2009-cu ildən 2021-ci ilin aprelinə qədər “A-Group” Sığorta Şirkətinin İdarə Heyətinin Sədri olub.

Bundan başqa 2006 – 2014-cü illərdə Azərbaycan Sığortaçilar Assosiasiyasinin Tibbi Sığorta Komitəsinin sədri olub.

Xatırladaq ki, “A-Qrup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100 % Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

11 ay əvvəl yaranmış şirkət 29 milyon manatlıq tenderin qalibi olub –

Sonrakı məqalə

Avqustun 13-də bütün pensiyaların ödənişi tam yekunlaşacaq