11 yaşlı qız nənəsini öldürdü, mühakimə olunmayacaq

olunmayacaq
olunmayacaq

Rusiyanın paytaxtı Moskvada 11 yaşlı qız nənəsini öldürüb. AzPost yerli telegram kanallarına istinadla bildirir ki, məktəbli qız valideynləri və 75 yaşlı nənəsi ilə birlikdə Tvardovski küçəsində yaşayıb.

Yanvarın 30-da günorta qız gəzintiyə çıxmaq istəsə də, nənəsi ona icazə verməyib. Daha sonra qız mətbəxə keçərək bıçağı götürüb və nənəsini sağ tərəfdən vurub.

Sonra azyaşlı qız küçəyə qaçıb və nənəsinin öldüyünü qışqırıb. Yaşlı qadın təcili tibbi yardım avtomobilində keçinib.

Qeyd olunur ki, nəvəyə qarşı iş açılıb, lakin qız mühakimə olunmayacaq. Çünki bu maddə ilə məsuliyyət yalnız 14 yaşından başlayır.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.