“11 yaşlı qızın zorlanması ilə bağlı hələlik heç kim saxlanılmayıb” –İmişli Rayon Prokurorluğu

“Hazırda başlanan cinayət işinin istintaqı zamanı heç kim saxlanılmayıb”.

Azpost.info bildirir ki, bu sözləri İmişli Rayon Prokurorluğundan 11 yaşlı qızın zorlanması ilə bağlı açılmış cinayət işi ilə bağlı “Qafqazinfo”ya verilən açıqlamada bildirilib.

“Biz hələ hər hansı bir şəxsi nə şübhəli, nə də təqsirləndirilən şəxs qismində cəlb etmişik. Cinayəti etiraf edən şəxs də yoxdur. Biz DNT eskpertizası təyin etmişik. Ekspertin rəyi olmadan kiməsə ittiham verə bilmərik. Hazırda ekspertin rəyini gözləyirik. Yaxın müddətdə cinayəti törədən şəxs müəyyən ediləcək və bununla bağlı Baş Prokurorluq tərəfindən ictimaiyyətə məlumat veriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

11 yaşlı qızın dünyaya gətirdiyi körpənin vəziyyəti ağırdır

Sonrakı məqalə

Gürcüstanda seçkilərin ikinci turu keçirilir –