Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

112 metrlik Rusiya hərbi gəmisi Almaniya sahillərində lövbər salıb

User 23 Oktyabr 2025 - 20:47 (Last updated: 23 Oktyabr 2025 - 20:47)
rus gemisi almaniya sahilind

Rusiya hərbi gəmisi Almaniya sahillərində lövbər salıb.

AzPost bildirir ki, “Kieler Nachrichten” qəzetinin məlumatına görə, gəmi 19 oktyabrdan bəri Lübek körfəzinin girişindədir. Rusiya Baltik Donanmasının böyük desant gəmisi olan “Aleksandr Şabalin” Baltik dənizindən Şimal dənizinə gedən Fehmarn kəmər boğazından keçən ticarət gəmilərinin qarşısını alıb.

112 metr uzunluğundakı Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmisi Almaniyanın Fehmarn adasından aydın görünür.

Alman polisi izah edib ki, gəmi Almaniyanın ərazi sularından kənardadır və Almaniya qanunlarını və ya beynəlxalq gəmiçilik qaydalarını pozmur. O, Almaniya patrul gəmisi “Bamberg” və Danimarka patrul gəmisi tərəfindən izlənilir. Almaniya Hərbi Dəniz Qüvvələri onlara kömək etmək üçün Kildən köməkçi gəmi “Werra”nı göndərib.

Bu, son aylarda “Aleksandr Şabalin” gəmisinin bu ərazidə ticarət yolu üzərində durması ilə bağlı ilk hal deyil. Sentyabr ayında gəmi Böyük kəmərə gedən yolda Langeland boğazının girişində lövbər salıb. Bundan əlavə, Rusiya Şimal Donanmasının böyük sualtı qayıq əleyhinə gəmisi “Vitse-admiral Kulakov” 2025-ci ilin may ayından bəri Femarn adası yaxınlığında səkkiz dəfə peyda olub.

Rusiya hərbi gəmiləri alman gəmilərinə mane olur, bölgədə balıqçılıq və elmi tədqiqatlar aparmağı çətinləşdirir. Məsələn, Kieldən gələn “Alkor” və “Littorina” tədqiqat gəmiləri Rusiya gəmilərindən yayınmaq üçün marşrutlarını dəyişdiriblər.

AzPost.az

Post navigation

Previous: “Yox bir, qaşqaldaq…” –
Next: Erməni əsirliyində olanların işgəncə ilə bağlı ifadələri elan olunub

Oxşar xəbərlər

husi neft01
  • Dünya

Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər

User 25 Oktyabr 2026 - 22:44
hörmüz boğazı.jpg 2
  • Dünya

İran Hörmüzdə yeni qaydalar elan edir – Gəmiçilik necə dəyişəcək?

User 25 Oktyabr 2026 - 19:24
saral
  • Dünya

Ərdoğanın baş danışmanı Oktay Saral istefaya göndərilib? – Azərbaycana görə

User 25 Oktyabr 2026 - 19:11

xƏBƏR

husi neft01
  • Dünya

Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər

User 25 Oktyabr 2026 - 22:44
Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, ölkənin cənubundakı Xamis Muşayt hava və...
Read more about Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər
AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19
Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…” saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.