12 yaşlı Ayşəyə təcavüz edənlər dar ağacından asıldı

13 Fevral 2020 - 09:26

Somalinin şimal-şərqindəki Puntland bölgəsində 12 yaşlı qızın ailəsi onu təcavüz etdikdən sonra öldürməkdə günahlandırılan iki nəfərin edamını alqışlayıb.

24 yaşlı Əbdifəttah Əbdirəhman Varsami və 46 yaşlı Əbdişükür Məhəmməd Dige Bosaso qəsəbəsində çərşənbə axşamı güllələnərək, edam edilib. Üçüncü şəxsin, Əbdifəttahın qardaşı olan 32 yaşlı Əbdisalam Əbdirəhman Varsaminin edamı on gün sonraya təxirə salınıb.

Öldürülən Ayşənin atası İlyas Əden günahkarların cəzalarına çatdıqlarına görə rahatlandığınl deyib. “Özümü yaxşı hiss edirəm” – deyə, o bildirib.

Əden deyib ki, bu cəza Somali qadınlarına qarşı təcavüzün qarşısını alacaq. “Bu hadisədən güclü bir dərs alınacaq. Somali qızları daha təhlükəsiz olacaq.”

12 yaşlı Ayşə 2019-cu ilin fevral ayında Galkayo şəhərində yaşadığı evin yaxınlığında qaçırıldıqdan sonra təcavüzə məruz qalıb və sonra vəhşicəsinə öldürülüb.

Ayşənin təcavüz üvə öldürülməsi xalq arasında geniş səs-küyə səbəb olub və ədalətə çağırılıb. `JusticeforAisha` haştagı yaranıb və bir çoxları onun şəklini sosial media profillərində yayıb.

Puntland rəsmiləri cinayətlə yaxından əlaqədar olub və on nəfər həbs edilib. Onların məhkəməsi Somalidə zorlama məhkəməsi olaraq ilk dəfə televiziya ilə nümayiş etdirilib və hökm çıxarılması üçün DNK-dan istifadə edilib. Rəsmilər DNK nümunələrinin təcavüz və qətldə üç nəfərin əli olduğunu bildirib. Digər yeddi nəfərə bəraət verilib. (Amerikanın Səsi)