12 yaşlı iki qız internet oyununun qurbanı oldu-"Ölüm qrupu"nun şərtinə görə intihar etdilər (FOTO)

Rusiyada bədbəxt hadisə yaşanıb.  

12 yaşlarında olan  uşaq modeli və bədii gimnast iki qız onlayn qoşulduqları ölüm qrupunun tapşırığı ilə 17 mərtəbəli binadan atlayarq intihar ediblər.

Polislər intihar edən qızların ölüm səbəbini araşdırıblar. Belə ki,  model Varvara Vlasova və sinif yoldaşı Valeria Şirşova bir müddət əvvəl  “Harry Potter” temalı onlayn ölüm qrupuna qatılıblar.  Oyun qaydalarına görə, qızlar  Samara şəhərində 17 mərtəbəli bir binanın başında atlamadan əvvəl bir video çəkiblər.

Rusiyadakı “ProGorod” qəzetinin məlumatına görə,  qızlar intihar etməyə hazırlaşıblar. Belə ki, onlar 9 fevralda dostları ilə vidalaşıblar. Həmçinin Varvara və  Valeria  yapon istehsalı  olan “Ölüm Qeydi” filmini izləyiblər.

Son illərdə Rusiyada bu cür onlayn qruplarla əlaqəli olduğu düşünülən uşaq və yeniyetmələrin intiharları çoxalıb. (Unikal.org)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Maradonanın ölümü:

Sonrakı məqalə

COVID keçirənlər nə vaxt peyvənd olunacaq? –