1200 il öncə yaşamış “dulusçu” pişiyin izi tapıldı

Arxeoloqlar ən qədim pişik pəncəsinin izi olan antik küp tapıblar. Bu tarixi əşyanın təxminən 1200 yaşı olduğu deyilir.

Azpost.info bildirir ki, “Live Science” nəşrinin yaydığı məlumata görə, arxeoloqlar Yerusəlimdə qazıntılar aparan zaman pişik pəncəsi izi olan 1200 illik küpün bir hissəsini tapıblar. İsraildən olan tədqiqatçılar qrupunun ilkin versiya olaraq səsləndirdikləri ehtimala görə çox güman ki, izi qabda qalan həmin pişik iş prosesi ərəfəsində gil yoğururmuş.

Alimlərin fərziyyə edirlər ki, dulusçu ola bilsin, sobada yandırmazdan əvvəl təzə hazırlanmış küpəni qurumağa qoyanda qaba toxunan pişik iz buraxıb. Məhsulun səthinin bir müddət yumşaq qalması da məhz buna işarə edir.

İsrailli arxeoloq Şimon Gibson deyib: “Biz düşünürük ki, bu pişiyin küpün üzərində uzanmaqdansa, onun dulusçuya yardım etməsi daha vacib olub. Elə buna görə də pişiyin gil yoğurduğunu ehtimal edirəm, çünki onun pəncələri uzanılı olub və gilin səthində dərin izlər buraxıb”.

Küpə həkk olunmuş iz çapının forması da pişiyin qədim küpün kənarında yatdığını deməyə əsas verir. Ayaq izi üç santimetr, pəncəsinin bir hissəsi isə ikinin ikiyə eyni ölçüdədir.

Ənənəvi ziyarət yeri sayılan Sion dağının təpəsi yaxınlığında, həmçinin çox qədim tarixə malik olan yaşayış yerinin olduğu bu ərazidə belə bir küp parçasının aşkar edilməsi həm də onu sübut edir ki, həmin dulusçunun işçi pişiyi Abbasilərin xilafəti dövründə, təxminən 750–1258 illər arası yaşamışdır.

Oqtay Qorçu

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

Moldovada bülletenlərin 99 faizi sayıldı, Maya Sandu qalib gəlib