Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“15 iyul hadisələrinə “oyun” deyənləri əsla bağışlamayacağıq” –

User 15 İyul 2024 - 15:23 (Last updated: 21 May 2025 - 20:15)
erdoqan

Bu gün Türkiyədə “Millətin Zəfəri” şüarı altında yad edilən 15 İyul – Demokratiya və Milli Birlik Günü ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğan İstanbuldakı “15 Temmuz xatirə” muzey-kompleksini ziyarət edib.

Buradakı abidə kompleksini ziyarət edən Türkiyə dövlətinin başçısı şəhidləri yad edib, onların ruhuna “Qurani-Kərim”dən ayələr oxuyub.

Prezident Rəcəb Tayyib Ərdoğan abidə kompleksində çıxışı zamanı bildirib: “Bu millət istiqlalına toxunan, iradəsinə qandal vurmağa çalışan hər oyunu hər zaman pozduğu kimi, bundan sonra da pozacaq. Biz 15 iyul hadisələrinə daim sahib çıxacaq, buna “oyun” deyənləri əsla unutmayacaq, bağışlamayacağıq”.

İstanbuldan sonra Prezident Ərdoğan Ankaraya gedəcək, Türkiyə Böyük Millət Məclisindəki xatirə kompleksini ziyarət edəcək, Prezident İqamətgahında keçiriləcək anım mərasimində xalqa səslənəcək.

Demokratiya və Milli Birlik Günü Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin koordinasiyası ilə ölkə daxilində və Türkiyə hüdudlardan kənarda müxtəlif tədbirlərlə qeyd edilir. Tarixi günlə əlaqədar təşkil olunan tədbirləri izləmək məqsədilə idarə tərəfindən “15 İyul layihə izləmə sistemi” yaradılıb. İndiyədək sistemə dünyanın müxtəlif bölgələrinin qurum və təşkilatlar tərəfindən 11 mindən çox layihə daxil olub. Bu, indiyədək keçirilən tədbirlərin sayı baxımından rekord rəqəmdir. Sistemə ən çox layihə isə Türkiyənin dövlət qurumları, universitetlər və QHT-lər tərəfindən daxil edilib.

Bu il Türk millətinin müstəqilliyini və demokratiyasını müdafiə edərək xain çevriliş cəhdinə qarşı müqavimətini özündə əks etdirən tədbirlərdə həmin gecə xalqın şücaəti və qətiyyəti ilə tarixə qızıl hərflərlə yazılmış “Millətin Zəfəri”nin həm də demokratiyanın, milli iradənin, müstəqilliyin zəfəri olduğuna vurğu edilir. Bu çərçivədə axşam saatlarında İstanbulda və Ankarada bir sıra tarixi yerlər işıqlandırılacaq, tikililərin üzərində xüsusi işıq effekti ilə Türkiyənin Dövlət Bayrağı əks etdiriləcək. Hazırda İstanbulun iki qitəni birləşdirən körpüləri ilə yanaşı, Çanaqqala və Osmanqazi körpülərinə də üzərində “Millətin Zəfəri” yazılmış bayraqlar asılıb.

Ölkədən xaricdə “Türkiyə demokratiyasının Zəfəri” (Türkiye’s Victory of Democracy) şüarı altında keçirilən tədbirlərdə də bu çevriliş cəhdi ilə bağlı ətraflı məlumatlar veriləcək. Bu xain çevriliş cəhdi ilə bağlı Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəlikləri tərəfindən fotosərgilər təşkil ediləcək, millətin FETÖ-yə qarşı müqavimətinə, demokratiyanın qələbəsinə dair videoçarxlar və sənədli filmlər nümayiş olunacaq. (Azərtac)

Post navigation

Previous: Musavat daha dörd dairə üzrə deputatlığa namizədini irəli sürdü –
Next: İlon Mask Trampa sui-qəsd cəhdinə görə kimi günahkar saydığını açıqlayıb

Oxşar xəbərlər

husi neft01
  • Dünya

Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər

User 25 Oktyabr 2026 - 22:44
hörmüz boğazı.jpg 2
  • Dünya

İran Hörmüzdə yeni qaydalar elan edir – Gəmiçilik necə dəyişəcək?

User 25 Oktyabr 2026 - 19:24
saral
  • Dünya

Ərdoğanın baş danışmanı Oktay Saral istefaya göndərilib? – Azərbaycana görə

User 25 Oktyabr 2026 - 19:11

xƏBƏR

husi neft01
  • Dünya

Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər

User 25 Oktyabr 2026 - 22:44
Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, ölkənin cənubundakı Xamis Muşayt hava və...
Read more about Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər
AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19
Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…” saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.