Fransa prezidentinin həyat yoldaşı Bricit Makron gələcək Fransa lideri ilə ilk görüşündən danışıb.
Azpost.info bildirir ki, hazırda 70 yaşı olan Bricit “Paris Match” jurnalına müsahibəsində ilk görüşləri zamanı əri ilə bağlı qorxularından, o cümlədən Makronun öz yaşıdına aşiq olacağı ilə bağlı narahatlığından danışıb.
Bricit deyib ki, başı tamamilə xaos içində olub: “Belə bir gənc oğlanla münasibət qurmaq mənim üçün dağıdıcı idi.”
Onun sözlərinə görə, Emmanuel Parisə getməli olub: “Özüm-özümə dedim ki, o, həmyaşıdlarından birinə aşiq olacaq. Amma bu baş vermədi”.
Cütlüyün yaş fərqi aktual mövzu olaraq qalır. Bricitin 70, Makronun 45 yaşı var.
Emmanuel Makron 2017-ci ildə Elle France-a müsahibəsi zamanı bu mövzu barədə danışarkən deyib ki, həyatda vacib seçimr vaxtlar olur.
Bricit müsahibəsində deyib: “Əlbəttə, səhər yeməyimizi birlikdə yeyirik: Mən və qırışlarım, o və gəncliyi…Amma bu belədir. Bu seçimi etməsəydim, həyatımı əldən verərdim. Uşaqlarımla çox xoşbəxt idim, amma eyni zamanda hiss etdim ki, bu sevgini yaşamalıyam, o zaman tam xoşbəxt olacağam”.
Bricit Amyendəki Katolik Məktəbində dramdan dərs deyən zaman Makronla tanış olub. Onun qızı Emmanuelin sinif yoldaşı idi.
“Paris Match”a verdiyi yeni müsahibədə Bricit Makronun yaş fərqindən çox narahat olduğu aydın olur.
İllər əvvəl 40 yaşlı müəllimlə 15 yaşlı oğlan arasında münasibətin başladığı üzə çıxanda qalmaqala səbəb olub.
Avropanın “Politico” nəşrinin yazdığına görə, Fransada nikaha razılıq yaşı 15-dir. Ölkədə bununla bağlı qanun qəbul edilənə qədər cinsi zorakılıq halları istisna olmaqla, buna diqqət yetirilməyib. Emmanuelin valideynləri onu Parisdəki başqa bir məktəbə köçürmək qərarına gəlib. Amma bu, Bricit ilə münasibətlərinə təsir etməyib. Emmanuel Parisə getdikdən sonra Bricit dram dərslərini dayandırıb, latın dili dərslərinə rəhbərlik edib.
Bricit evli olsa da uzun illər ərindən ayrı yaşayıb. O, Emmanuellə nikahına az qalmış boşanıb.
Bricit yeniyetmə ilə münasibətlərinin Emmanuelin yaşında olan öz uşaqlarına necə təsir edəcəyindən də narahatlıq keçiririmiş O, evliliklərinin ailəsini çox narahat etməyəcəyinə əmin olmaq üçün on il gözlədiyini söyləyib. “Onların həyatlarını məhv etməmək mənə zaman lazım oldu. Bu, 10 il davam etdi”.
Cütlük 2007-ci ildə evlənəndə, Emmanuel 29 yaşında idi. Makron üç ögey övladına demişdi: “Bizi, o qədər də normal olmayan cütlükləri qəbul etdiyiniz üçün təşəkkür edirik”.
“The İndependent” yazır ki, o, 39 yaşında Fransa prezident seçkilərində qalib gələrək ölkənin ən gənc prezidenti olub.
Azpost.info