17 min bağça müəllimi sertifikasiyaya cəlb ediləcək

İlk dəfə məktəbəqədər təhsil müəssisələrində 13 000 nəfər üçün diaqnostik qiymətləndirilmə keçirilib. Mərkəzləşmiş işə qəbulla təyin olunan tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirmə nəticələri digərlərindən əhəmiyyətli dərəcədə fərqlənir.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 1 illik fəaliyyətinə dair keçirilən “Hesabat Brifinqi” zamanı deyib.

 

“2026-cı ilin sonunadək 17 min nəfər pedaqoji heyətin sertifikasiyaya cəlb edilməsi nəzərdə tutulub”, – deyə o qeyd edib.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.