17 yaşlı Eşqin ölümündən əvvəl qorxu keçirib

Qorxu keçirən 17 yaşlı yeniyetmə 1 il əvvəl bitirdiyi məktəbin qarşısındakı həyətdə ölüb.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə dünən axşam saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki 94 saylı məktəbin qarşısında baş verib.

17 yaşlı Eşqin Məhi oğlu Rüstəmov yaxın dostlarının əhatəsində vəfat edib. Onun ayağının altına atılan pirotexniki vasitədən həyəcan keçirdiyi bildirilir.

Hadisənin baş verdiyi an Eşqi Rüstəmovun yanında olan həmyaşıdları onun partlayışdan həyəcan keçirdiyini iddia ediblər.

Fidan Hüseynova iddia edir ki, təcili tibbi yardım ilkin yardım göstərib getdikdən sonra Eşqi Rüstəmovun səhhəti yenidən pisləşib.

Mərhumun qonşuları bildirib ki, Eşqin Rüstəmovun ailəsi əslən Cəbrayıl rayonundandır. Evin tək oğlu olan Eşqinin özündən başqa bir bacısı var.

Hazırda faktla bağlı araşdırma aparılır.

 

https://youtu.be/mGF0PhYZoj0

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.