Bank of Baku müştərisi ATM-dən nağd pul çıxararkən gözlənilməz komissiya tutulmasından şikayət edib. Farid Zeynalov adlı vətəndaş 170 manat çıxardıqdan sonra balansından əlavə 3,50 qəpik komissiya silindiyini bildirib.
AzPost xəbər verir ki, onun sözlərinə görə, kartı çox az istifadə etdiyindən aylıq 2000 manatlıq limitin keçilməsi mümkün deyil. Şikayətçi əməliyyatı evinə yaxın olan Bank of Baku-nun Səməd Vurğun filialındakı bankomatdan etdiyini, lakin ATM-in qəbz vermədiyini də vurğulayıb.
Müştəri məsələ ilə bağlı bankla əlaqə saxladığını, müraciətinin texniki şöbəyə yönləndirildiyini qeyd edib.
Hadisə ilə bağlı Bank of Baku tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
