18 yaşlı güləşçimiz Günay dünya çempionatının bürünc medalını qazandı

Serbiyanın Novi Sad şəhərində U-23 dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, yarışın 6-cı günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Bu gün 18 yaşı tamam olan Günay Qurbanova (59 kiloqram) millini medalsız qoymayıb. Perpsektivli güləşçimiz italiyalı Aurora Russoya “tuş”la qalib gələrək dünya üçüncüsü olub.

İki sərbəst güləşçimiz isə fəxri kürsüyə qalxmaq şansını əldən verib. Maqomed-Başir Xaniyev (74 kiloqram) medalın bir addımlığında almaniyalı Manuel Vaqinə (4:8), Sadiq Mustafazadə (92 kiloqram) isə təsəlliverici görüşdə özbəkistanlı Şirzad Poyonova (tuş) məğlub olub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.