19 il sürücülük etdiyi bələdiyyəyə sədr seçildi- FOTO

sürücülük
sürücülük

Türkiyədə 19 il bələdiyyədə sürücülük edən şəxs sədr seçilib.

Ölkə.Az “hürriyet”ə istinadla xəbər verir ki, hadisə Zonquldak şəhərinin Ereğli mahalında baş verib.

 

Belə ki, Sadık Recep Kara Gülüç bələdiyyəsində 19 il vəzifədə olan şəxslərin sürücülüyünü edib. O, ümumilikdə bələdiyyədə 27 il xidmət göstərib.

Gülüç bələdiyyə sədri Gökhan Demirtaş barəsində həbs qərarı verilməsindən sonra 12 fevralda keçirilən seçkilərdə 8 səs toplayan Sadık Recep Kara sədr seçilib.

İYİ partiyanın məclis üzvlərinin dəstəyi ilə seçkiləri qazanan Kara xidmət üçün əlindən gələni edəcəyini söyləyib:

“Mən bu kresloya bələdiyyənin ən aşağıdan ən yuxarıya qədər hər pilləsini görərək gəldim. Çox şükür, millətə özümüzü izah edə bilsək, onların və partiyamızın da dəstəyi olarsa, 4 il sonra yenidən namizəd olacağımızı onsuz da deyirik”.

Billurə Yunus

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.