“190 manatı almaq üçün fərdin VÖEN-in olub-olmaması əhəmiyyət daşımır” –NAZİR

“Fərdin VÖEN-ə malik olub-olmamasının 190 manat maliyyə dəstəyi ödənişini almasına heç bir təsiri yoxdur”.

Bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, meyarlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən açıqlanıb, bu meyarlarla uyğun bütün müraciətlərə baxılır və icra olunur.

“O meyarlar arasında fərdin VÖEN-ünün olub-olmaması əhəmiyyət daşımır”, – deyə nazir qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Pandemiya səbəbindən Azərbaycan iqtisadiyyatı gündə 120-150 milyon manat itirir” –

Sonrakı məqalə

İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü keçiriləcək